Azərbaycanda bu il əməyin mühafizəsi sahəsində 60 standartın tətbiqi nəzərdə tutulur

Baş səhifə
Azərbaycanda bu il əməyin mühafizəsi sahəsində 60 standartın tətbiqi nəzərdə tutulur

Azərbaycanda bu il əməyin mühafizəsi sahəsində 60 standartın tətbiqi nəzərdə tutulur.

“Report” xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda 167 standard tətbiq edilir:

“110 yeni dövlət standartı qəbul olunub və bununla da 2024-2025-ci illər ərzində əməyin təhlükəsizliyi sahəsində təsdiq edilmiş dövlət standartlarının sayı 167-yə çatdırılıb”.