
Bakı. Trend:
2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda Beynəlxalq
Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 17,8 min ödəniş
əməliyyatı həyata keçirilib ki, əməliyyatların ümumi məbləği 2
milyon avro təşkil edir.
Bu barədə Trend-ə
Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə göstərici təxminən 1,2
min əməliyyat və ya 7,2% azalıb, əməliyyatların məbləği isə
dəyişməyib.
2024-cü ildə Azərbaycanda BKM vasitəsilə 16,6 min ödəniş
əməliyyatı həyata keçirilmiş və onların ümumi məbləği 2 milyon avro
təşkil edib.
Xatırladaq ki, BKM bank kartları üzrə ödənişlərin təhlükəsiz və
operativ şəkildə emalını təmin edən texnoloji və maliyyə
infrastrukturudur. Bu, yəni banklar arasında ödənişlərin düzgün
ötürülməsi və yekun icrasını həyata keçirir. BKM müxtəlif bankların
kartları ilə aparılan ödənişlərin düzgün şəkildə həyata
keçirilməsini təmin edən bir növ “körpü” funksiyasını yerinə
yetirir.

