Azərbaycan neftinin qiyməti 133 dolları ötüb

Baş səhifə

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Modern.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 8,04 dollar və ya 6,42% artaraq 133,23 ABŞ dolları olub.

Azərbaycan neftinin əvvəlki qiyməti 125,19 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.