Meksikada həbsxanada baş verən iğtişaş nəticəsində 10 nəfər həlak olub

Baş səhifə

Bakı. Trend:

Meksikanın Sinaloa ştatında yerləşən “El-Kastilyo” həbsxanasında
baş verən toqquşmalar nəticəsində 10 nəfər ölüb, 16 nəfər xəsarət
alıb.

Bu barədə regionun İctimai Təhlükəsizlik Nazirliyi “X” sosial
şəbəkəsində məlumat yayıb.




“El-Kastilyo” penitensiar müəssisəsinin rəhbərliyi həbsxananın
ərazisində dava baş verdiyini bildirib. Təəssüf ki, hadisə
nəticəsində azadlıqdan məhrum edilmiş doqquz nəfər və onlardan
birini ziyarətə gələn qohumu həyatını itirib. Daha 16 məhbus
xəsarət alıb və onlara tibbi yardım göstərilməsi üçün müvafiq
müəssisələrə çatdırılıblar”, – deyə bəyanatda qeyd olunub.

Qeyd olunub ki, vəziyyətin tənzimlənməsi üçün qurumlararası qrup
cəlb edilib. Həbsxana hakimiyyət orqanlarının nəzarəti altındadır
və burada təhlükəsizlik təmin olunur. Hadisə ilə bağlı məlumat
araşdırmanın aparılması və təqsirkarların müəyyən edilməsi üçün
ştatın Baş Prokurorluğuna göndərilib.