İki yaşlı Mehdinin dəstəyinizə ehtiyacı var – FOTO

Cəmiyyət


İki yaşlı Mehdinin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə resmixeber.az-a onun atası Mahir Kərimov məlumat verib.

O bildirib ki, övladı bir ilə yaxındır beta-talassemiya xəstəliyindən əziyyət çəkir.

“Artıq bir ilə yaxındır ki, övladım bu xəstəlikdən əziyyət çəkir. Xəstəliyini bildiyimiz ilk gündən müalicələrini etdirsək də, ilik köçürmə əməliyyatını etməyə imkanımız çatmır. Mehdi yaxın müddət ərzində Türkiyədə ilik köçürmə əməliyyatı keçirilməlidir. Əməliyyat üçün ehtiyacımız olan 158 000 manatın 17 000 manatını toplaya bilsək də, 141 000 manatımız çatmır. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm. Bu qədər böyük məbləği tək başımıza toplamağımız inanın ki, mümkün deyil”

Ailə ilə əlaqə: (051) 613-78-66

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir