Azərbaycanın FIFA referisi Əliyar Ağayevin 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatında idarə edəcəyi növbəti oyun müəyyənləşib.
UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, o, C qrupunun III turundakı İngiltərə – Almaniya görüşündə baş hakim olacaq.
Ədalət təmsilçisinə laynsmanlar qismində Zeynal Zeynalovla Akif Əmirəli yardımçı olacaqlar.
Qeyd edək ki, Əliyar Ağayev daha əvvəl turnirin açılış matçını – Belçika – Niderland görüşünü idarə edib.
www.RESMIXEBER.az

