Culfa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
resmixeber.az-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə dünən Culfa rayonunda qeydə alınıb.
Hadisə zamanı Culfa rayon sakini, 1991-ci il təvəllüdlü Elvin Zaman oğlu İsaqlı ciddi xəsarət alıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilən zərərçəkənin baş nahiyəsinə tikişlər qoyulub, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
www.RESMIXEBER.az