Qəbələnin Laza kəndinə alternativ yolla hərəkət təmin olunub – YENİLƏNİB + FOTO

Cəmiyyət


Qəbələ rayonu ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini yuyaraq sıradan çıxarıb.

“resmixeber.az” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, agentlik qısa müddətdə alternativ olaraq Küsnət yolu ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəlişi təmin edib.

Sel sularının azalması ilə mövcud yolun bərpası istiqamətində işlərə başlanılacaq.

11:44

Dünən gecə saatlarından başlayan leysan xarakterli yağış Qəbələdə də fəsadlar törədib.

resmixeber.az-nın Şirvan bürosu xəbər verir ki, güclü leysan nəticəsində Qəbələnin Laza kəndinə gedən yolu sel suları yuyub. Nəticədə yol yararsız hala düşüb, Laza kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Hazırda alternativ yoldan istifadə edilir.

Çaylarda hələ də bolsululuq müşahidə olunur.

Qeyd edək ki, güclü yağış və külək Azərbaycanın şimal-qərb rayonlarında bir sıra fəsadlara səbəb olub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir