10 aylıq Solmazın anası: “Yoldaşım günü 15-20 manata fəhləlik edir, müalicəyə imkanımız çatmır” – FOTO

Cəmiyyət


10 aylıq Solmazın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə resmixeber.az-a onun anası Gülasər Mustafayeva məlumat verib.

O bildirib ki, övladı leykoz xəstəliyindən əziyyət çəkir:

“Solmaz 2022-ci ilin avqust ayında dünyaya gəlib. Dünyaya gəldikdən iki ay sonra isə onun leykozdan əziyyət çəkdiyini öyrəndik. Həkimlərin dediyinə görə, övladım bir yaşına qədər müalicə olmalıdır. Daha sonra donor axtarışına başlayacağıq”.

Gülasər Mustafayeva övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:

“Solmazın müalicəsi üçün biz təcili Türkiyəyə yola düşməliyik. Onun müalicəsinin bir kursu üçün bizim 8 000 manata ehtiyacımız var, həmin məbləğin 5 000 manatını toplasaq da, 3 000 manatı toplamağa imkanımız yoxdur, gücümüz çatmır. Yoldaşım gündəlik 15-20 manata fəhlə işləyir. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: 055 814 05 26

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir