Piyadaların sağlamlığına yüngül xəsarət yetirilməsinə görə cərimə artırılır

Cəmiyyət


Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma və piyadaya yol verilməməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə cərimə artırılır.

resmixeber.az-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma və piyadaya yol verilməməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə 200 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 1 ilədək müddətə məhdudlaşdırılır.

Layihəyə əsasən, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma və piyadaya yol verilməməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə 300 manat məbləğində cərimə ediləcək və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılacaq.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir