Sabunçuda gənc oğlanı avtomobil vurub

Cəmiyyət


Bakının Sabunçu rayonunda 17 yaşlı piyada yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, 2006-cı il təvəllüdlü Vüsal Novruzəli oğlu Novruzov yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az