Norm ISO 37001:2025 beynəlxalq sertifikatını əldə edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Norm rüşvətxorluğa qarşı idarəetmə sistemləri üzrə beynəlxalq
ISO 37001:2025 sertifikatını əldə edib. Sertifikat
şirkətin rüşvətxorluq risklərinin idarə olunması, effektiv daxili
nəzarət mexanizmlərinin tətbiqi və etik korporativ mədəniyyətin
gücləndirilməsi istiqamətində fəaliyyətinin beynəlxalq standartlara
uyğunluğunu təsdiqləyir.




ISO 37001:2025 sertifikatının əldə edilməsi göstərir ki, Norm
korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, şəffaflıq və etik
biznes prinsiplərinə sadiqdir və fəaliyyətində dürüstlük, şəffaflıq
və hesabatlılıq dəyərlərini rəhbər tutur.Şirkətin CEO-su Henning
Sasse: “Biz mövcud idarəetmə və daxili nəzarət mexanizmlərinin
beynəlxalq qabaqcıl təcrübələrə uyğun olaraq davamlı
təkmilləşdirilməsini, risklərin effektiv idarə olunmasını və
məsuliyyətli biznes yanaşmasının gücləndirilməsini prioritet
istiqamələr hesab edirik. ISO 37001:2025 sertifikatının əldə
edilməsi bu istiqamətdə atdığımız mühüm addımlardan biridir və
bizim bu standartların
şirkətin bütün
fəaliyyətinə davamlı şəkildə tətbiqi ilə bağlı öhdəliyimizi ifadə
edir”.