İlon Mask yenidən trilyonçu olub

Baş səhifə

Bakı. Trend

“Tesla” və “SpaceX” şirkətlərinin səhmlərinin oktyabrın 5-də
ticarət sessiyasının açılışından sonra bahalaşması fonunda İlon
Maskın sərvəti yenidən 1 trilyon dolları keçib.

Bu barədə “Forbes” jurnalı məlumat yayıb.




Məlumata əsasən, Maskın sərvəti 1 trilyon dollara çatıb və
oktyabrın 2-si ilə müqayisədə 30,6 milyard dollar artıb. Mask
dünyanın ən varlı insanı olaraq qalır və sərvəti 371,5 milyard
dollar qiymətləndirilən ikinci yerdəki Ceff Bezosu əhəmiyyətli
dərəcədə qabaqlayır.

Mask ilk dəfə iyun ayında “SpaceX” şirkətinin “Nasdaq”
birjasında yerləşdirilməsindən sonra trilyonçu olub. Lakin bir neçə
gün sonra “SpaceX” və “Tesla” səhmlərinin ucuzlaşması nəticəsində
bu statusunu itirib. Son günlər hər iki şirkətin səhmlərinin
bahalaşması sayəsində onun sərvəti yenidən 1 trilyon dollar həddinə
yaxınlaşıb. Yalnız oktyabrın 2-də “Tesla”nın üçüncü rüb üzrə
tədarük həcminin analitiklərin gözləntilərini üstələməsindən sonra
Maskın sərvəti 61 milyard dollar artıb.