
Bakı. Trend:
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi 68 kq
narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həbi dövriyyədən
çıxarıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat
verilib.
Bildirilib ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhərində
keçirilən tədbirlərlə E.Məmmədov, R.Qurbanov, N.Zeynalova,
İ.Mayılov, K.Rüstəmov, U.Əliyev, S.Süleymanov, həmçinin İran
vətəndaşı S.Esmaeilnaseb saxlanılıblar:
“Onlardan ümumilikdə 68 kiloqram narkotik vasitə və 1600 ədəd
narkotik tərkibli həb aşkarlanıb. Araşdırmalarla saxlanılan
şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında
qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin
qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.
“Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin
əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin
qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir”, –
deyə məlumatda qeyd edilib.

