DİN “Formula 1” yarışı ilə əlaqədar əhaliyə müraciət edib (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) “Formula-1 Qatar Airways Azərbaycan
Qran Pri” yarışı ilə əlaqədar əhaliyə müraciət edib.

Mürücaiətdə bildirilib ki, 2026-cı il sentyabrın 23-dən 26-dək
Bakı şəhərində keçiriləcək “Formula-1 Qatar Airways Azərbaycan Qran
Pri” yarışı ilə əlaqədar məhdudiyyət tətbiq olunduğu müddət ərzində
paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz
çatmalarını, nəqliyyatın hərəkətinin fasiləsizliyini, eləcə də
yarışın keçirildiyi ərazidə, “Fan” zonalarda təhlükəsizliyi təmin
etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş rejimdə
xidmətlərini davam etdirirlər.

Sürücülərdən və paytaxt sakinlərindən qeyd edilən müddət ərzində
ictimai nəqliyyata üstünlük vermələri, polis əməkdaşlarının
nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələri,
səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə
alternativ yollardan keçməklə planlaşdırmaları tövsiyə olunur.




Qeyd edək ki, bu gün Bakının sayca onuncu dəfə ev sahibliyi
edəcəyi Formula 1 Azərbaycan Qran-Prisinə start verilib.

Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına
ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı
Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko
Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel
Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri
Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen
(Niderland), Oskar Piastri (Avstraliya), M.Ferstappen bütün
rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar.
Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası
səbəbindən keçirilməyib.