Salyanda yol qəzasında 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb- FOTO – YENİLƏNİB

Baş səhifə

Salyanda yol qəzasında 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, qəzada xəsarət alanlar Salyan xəstəxanasına çatdırılıb.

Avtomobildə sıxılı vəziyyətdə qalan iki nəfərin meyiti FHN-in qüvvələri tərəfindən çıxarılıb.

***

18.41

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə dəmir yol keçidinin yaxınlığında qeydə alınıb.

“Toyota” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfərin öldüyü bildirilir.

Bundan başqa, xəsarət alanlar da olub, onlar Salyan xəstəxanasına çatdırılıb.