İran münaqişəsi qlobal biznesə azı 25 milyard ABŞ dolları həcmində ziyan vurub

Baş səhifə

Bakı.Trend:

ABŞ və İsrailin İranla münaqişəsi indiyədək dünya biznesinə azı
25 milyard dollar həcmində ziyan vurub. Maddi zərərin məbləği
artmaqda davam edir.

Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.

Ən azı 279 şirkət İranla bağlı münaqişəni qiymətlərin
artırılması və istehsalın azaldılması da daxil olmaqla fövqəladə
tədbirlərin görülməsinin səbəbi kimi göstərib.




Bildirilir ki, digər şirkətlər dividend ödənişlərini və ya
səhmlərin geri alınmasını dayandırıb, əməkdaşlarını ödənişsiz
məzuniyyətə göndərib, yanacaq əlavələri tətbiq edib və ya dövlət
yardımına müraciət ediblər.

Hər beş şirkətdən biri – kosmetika istehsalçılarından tutmuş
kruiz operatorları və aviaşirkətlərə qədər – silahlı münaqişə
səbəbindən birbaşa maliyyə itkiləri barədə məlumat verib.

Bu şirkətlərin əksəriyyəti enerji qiymətlərinin onsuz da yüksək
olduğu Avropa və Böyük Britaniyada yerləşir.