
Bakı. Trend:
“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi
çəçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların
hərəkəti inşaat işləri bitənə qədər dayandırılacaq.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat
yayıb.
Məlumata görə, “28 May” və “Nizami” stansiyaları arasında
birbaşa metro əlaqəsinin olmaması səbəbindən yaranacaq çətinliklər
nəzərə alınaraq, yerüstü nəqliyyatda əlavə dəstəkləyici tədbirlərin
təşkilinə dair qərar qəbul olunub.
“Belə ki, AYNA tərəfindən əlavə ekspres xətlərin yaradılması və
mövcud xətlərin gücləndirilməsi ilə bağlı tədbirlər görülməsi
nəzərdə tutulur. Layihənin icrasına başlanıldığı vaxtdan etibarən
müxtəlif istiqamətlərdə 6 yeni ekspres avtobus marşrutu istifadəyə
veriləcək və bir sıra mövcud marşrut xətlərindəki nəqliyyat
vasitələrinin sayı artırılacaq”.
Bildirilib ki, avtobusların hərəkəti metronun iş rejiminə
uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək davam edəcək.
Yeni ekspres xətləri bunlardır:
M1 – Metronun “Elmlər Akademiyası” və “28 May” stansiyaları
arasında
M2 – Metronun “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları
arasında
M3 – Metronun “20 Yanvar”, “Nizami” və “28 May” stansiyaları
arasında
M4 – Metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları arasında
M5 – Metronun “20 Yanvar” və “Gənclik” stansiyaları arasında
M6 – Metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları
arasında
Əlavə olaraq 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88,
88A, 93, 133, 165,199, 202 nömrəli marşrutlarda avtobusların sayı
artırılacaq və intervalı aşağı salınacaq. Metronun bağlanması
müddəti ərzində əlavə tələbat yaranacaq marşrutlarda avtobus
sayının artırılması nəzərdə tutulur.
Sərnişinlər alternativ marşrutlar barədə məlumatı “AYNA MaaS”
tətbiqi vasitəsilə də əldə edə bilərlər.
Layihənin icra müddətində metronun “28 May”, “20 Yanvar”,
“İnşaatçılar” və “Elmlər Akademiyası” stansiyalarının qarşısında
könüllülər sərnişinlərə dəstək göstərəcəklər.
Ətraflı videomaterialda: https://www.youtube.com/watch?v=VOPC6mGYGlQ

