Bakıda bədii gimnastika üzrə 31-ci ölkə çempionatı keçirilir (FOTO)

Baş səhifə

Bakı. Trend:

4–6 avqust tarixlərində Bakı Olimpiya İdman Kompleksində bədii
gimnastika üzrə 31-ci ölkə çempionatı keçirilir.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat
verilib.

Çempionatda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, “Ocaq
Sport” Klubunun Zabrat bölməsi, Respublika Kompleks İdman Məktəbi,
“Grasiya” İdman Klubu və Zirəni təmsil edən ümumilikdə 50-yə yaxın
gimnast iştirak edir. Yarışda gimnastlar yeniyetmələr, gənclər və
böyüklər yaş kateqoriyaları üzrə fərdi proqramda ölkə çempionu adı
uğrunda mübarizə aparırlar.




Üç gün davam edəcək çempionatda iştirakçılar halqa, top, gürz və
lent alətlərində, həmçinin çoxnövçülük üzrə öz bacarıqlarını
nümayiş etdirəcəklər. Yarışın keçirilməsində əsas məqsəd gənc
idmançıların yarış təcrübəsinin artırılması və bədii gimnastikanın
inkişafına töhfə verməkdir.

Foto: Arif Quluzadə