
Bakı. Trend:
6-11 may tarixlərində Portuqaliyanın Portimao şəhərində bədii
gimnastika beynəlxalq turnir keçirilib.
Azərbaycan Gimnasika Federasiyasından Trend-ə verilən məlumata
görə, turnirdə ölkəmizi böyüklər yaş kateqoriyasında Gövhər
İbrahimova, Fidan Qurbanlı, Kamilla Seyidzadə, gənclər yaş
kateqoriyasında Azadə Atakişiyeva və Nuray Muradlı təmsil
ediblər.
“Gənclər arasındakı mübarizədə Azadə Atakişiyeva və Nuray
Muradlı komanda hesabında 94.000 xalla Amerika və İtaliyanı geridə
qoyaraq qızıl medalın sahibi olublar. Fərdi proqramda top ilə Azadə
Atakişiyeva 25.500 xalla qızıl, Gövhər İbrahimova isə 25.900 xalla
gümüş medal əldə edib.
Gimnastlarımızı təbrik edirik”, – deyə məlumatda qeyd edilib.

