Zaqatalada restorandan çıxan şəxsə ov tüfəngi ilə atəş açılıb

Baş səhifə

Bakı.Trend:

Zaqatalada silahlı insident olub.

Trend-in
məlumatına görə, hadisə bu gün saat 01:30 radələrində rayonun
Yuxarı Tala kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 39 yaşlı İsa Boloyev restorandan çıxarkən
ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.




Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım
göstərilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan
bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə
əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Musa Mustafazadə
saxlanılıb. Ondan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.