Türkmənistanda Azərbaycanla enerji sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Baş səhifə

Bakı. Trend:

Türkmənistanda Azərbaycanla enerji təhlükəsizliyi və dayanıqlı
enerji istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.

Trend xəbər verir
ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti
Rövşən Nəcəf “X” hesabında paylaşım edib.




“Türkmənistanın Dövlət naziri və “Türkmənqaz” Dövlət Konserninin
sədri Maksat Babayevin dəvəti ilə 16 aprel 2026-cı il tarixində
Aşqabad şəhərində keçirilən “Türkmənistan – Çin Xalq Respublikası:
qaz sahəsində strateji tərəfdaşlığın 20 ili” mövzusunda
elmi-praktiki konfransda iştirak etməkdən məmnun oldum. Konfrans
çərçivəsində qaz sektorunun inkişaf perspektivləri, enerji
təhlükəsizliyi və dayanıqlı enerji istiqamətində əməkdaşlıq
imkanları üzrə maraqlı fikir mübadiləsi aparıldı”, – paylaşımda
qeyd edilib