Gömrükdə yığılan cərimələrin istifadəsində yenilik

Baş səhifə

Bakı. Trend:

Gömrük işi sahəsində əldə edilən vəsait, cərimə və ödənişlərin
istifadəsi qaydalarında dəyişiklik edilib.

Trend-in
məlumatına görə, bu, Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə
qanunda öz əksini tapıb.

Belə ki, gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar
edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar
haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət
mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin
satışından əldə edilən vəsait, cərimələr, gömrük yığımları və
haqların (vəsait) 93 faizi müvafiq icra
hakimiyyəti orqanının hesabına köçürülür.




Yeni qanuna əsasənə həmin vəsait dövlət büdcəsinə köçürülməklə
müvafiq icra hakimiyyəti orqanının xüsusi rütbəsi olan
əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına
əlavənin verilməsinə (müvafiq icra hakimiyyəti orqanının
rəhbəri və onun müavinləri istisna olmaqla
) sərf
ediləcək.

Daha əvvəl yuxarıda qeyd edilən istisna Gömrük Məcəlləsində
nəzərdə tutulmamışdı.