Bakı. Trend:
Niderlandın Maliyyə Nazirliyində qurumun bir sıra əsas
proseslərinin fəaliyyətini təmin edən sistemlərə kiberhücum qeydə
alınıb.
Trend xəbər verir
ki, bu barədə “AD” nəşri məlumat yayıb.
Hücuma məruz qalan sistemlərə giriş məcburi şəkildə
məhdudlaşdırılıb.
Qurumun nümayəndəsi konkret olaraq hansı sistemlərin hədəf
alındığını açıqlamayıb, lakin bildirib ki, hücum nəticəsində
maliyyə dövriyyəsinə zərər dəyməyib.
O qeyd edib ki, vergi xidməti, gömrük idarəsi və sosial
ödənişlər xidməti vətəndaşlara və müəssisələrə xidmət göstərməyə
adi qaydada davam edir.
İcazəsiz daxilolma faktını aşkar edən nazirliyin İT xidməti baş
verənlərlə bağlı araşdırma aparır.

