
Bakı. Trend:
İspaniya La Liqasında 28-ci turun oyunları davam edir.
Trend xəbər verir
ki, turun qarşılaşmalarından birində “Barselona” öz meydanında
“Sevilya”nı qəbul edib. Görüş Kataloniya təmsilçisinin üstünlüyü
ilə keçib və meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa
çatıb.
Bu nəticədən sonra “Barselona” xallarının sayını 70-ə çatdıraraq
turnir cədvəlinin zirvəsində mövqeyini qoruyub.


