Xocavəndin Xanoba kəndinə ilk köç yola salınıb

Baş səhifə

Xocavənd.Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Trend-in
Qarabağ bürosunun məlumatına görə, Xocavənd rayonu Xanoba kəndinə
ilk köç karvanı yola salınıb. Köç edənlər respublikanın müxtəlif
yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda
müvəqqəti məskunlaşmış ailələrdir.




Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,
həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət
diləyiblər.

Onlar, həmçinin torpaqlarımızın işğaldan azad olunmasında xidmət
göstərən Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərinə
minnətdarlıqlarını ifadə edib, bu yolda canlarını fəda edən
şəhidlərə Allahdan rəhmət diləyiblər.