
Bakı. Trend:
İtaliyanın Montesilvano şəhərində yeniyetmələr arasında şahmat
üzrə dünya çempionatı keçiriləcək.
14, 16 və 18 yaş kateqoriyasında təşkil olunacaq yarışda 86 ölkə
təmsil olunacaq.
Azərbaycan mötəbər turnirə məşqçi Fərid Abbasovun rəhbərliyi
altında Xaqan Əhməd, Tunar Davudov, Fərid Orucov, Paşam Əlizadə,
Şəmsi Qaraxanov, Nərmin Abdinova, Lalə Hüseynova və Zəhra
Allahverdidən ibarət heyətlə yollanıb.
İlk turun partiyaları sabah oynanılacaq. Dünya çempionatı iyunun
26-da yekunlaşacaq.

