Bakı.Trend:
Biz İdman Akademiyası ilə birlikdə Azərbaycanda idmanın
səviyyəsini yükəsltməyə çalışırıq. Mənim əsas hədəfim Azərbaycan
idmanıdır. Çox sevinirəm ki, Azərbaycan yeni ideyalara açıqdır.
Trend xəbər
verir ki, bu fikirləri tanınmış mütəxəssis Roman Yahoda bu gün
müəllifi olduğu idman-tibbi mövzusundakı “Təməldən təfərrüata”
kitabının təqdimat mərasimində deyib.
O bildirib ki, uzun müddət sonra bu terapiya atlasının
Azərbaycan üçün hazırlanmasına nail olunub.
“Bu kitab hər kəs üçün nəzərdə tutulub. Kitab metodoloji,
praktiki, qrafik və müasir üslubu əhatə edir. Kitabda zədələrin
qarşısının alınması, reabilitasiya ilə bağlı nəzəri bilikləri əks
etdirmişik. Bu kitab həm də hərbi sahədə çalışanlar üçün
faydalıdır”.
Müəllif vurğulayıb ki, idmanda və hərbi sahələrdə ən yüksək
bacarıqlara yiyələnmək üçün təmələ diqqət edilməlidir.
“Məhz bu istiqamətdə kitabda reabilitasiya məşqlərini əks
etdirmişik. Kitabda idman sahəsində sistemli inkişafın sxemi
verilib”.

