Bakı. Trend:
Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk
partiyaları keçirilib.
Trend xəbər verir
ki, yarımfinalda rəmzi ilk gedişi Azərbaycan Şahmat Federasiyasının
vitse-prezidenti Yaqub Hüseynov edib.
Kişilərin yarışında Şəhriyar Məmmədyarov – Aydın Süleymanlı və
Məhəmməd Muradlı – Read Səmədov partiyalarında heç-heçə qeydə
alınıb.
Qadınların yarışında Ülviyyə Fətəliyeva Gülnar Məmmədovanı
məğlub edib. Digər görüşdə isə Ayan Allahverdiyeva iki dəfə qayda
pozuntusuna yol verdiyinə görə Türkan Məmmədyarova qalib elan
olunub.
Sabah Azərbaycan çempionatında cavab oyunları keçiriləcək.

