Bakı. Trend:
Kot-d’İvuar sahillərində, Qvineya körfəzində iri təbii qaz
yatağı kəşf olunub.
Trend xəbər verir
ki, bu barədə “Business Insider Africa” məlumat yayıb.
Məlumata görə, yataq sahildən təxminən 45 kilometr məsafədə, 2
200 metr dərinlikdə yerləşir. Qazılan quyunun ümumi dərinliyi isə 4
400 metr təşkil edir. Qazma işləri İtaliyanın Eni şirkəti ilə
Kot-d’İvuarın dövlətə məxsus “Petroci Holding” şirkəti tərəfindən
birgə həyata keçirilib.
“Calao South” adlanan yatağın ehtiyatlarının təxminən 85 milyard
kubmetr təbii qaz və 100 milyon barel kondensat həcmində olduğu
bildirilir.

