Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb

Baş səhifə

Vaşinqtonda İsrail və Livan arasında birbaşa danışıqların növbəti raundu başlayıb.

“The Times of Israel”in məlumatına görə, bugünkü görüşdə həm siyasi, həm də təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Bildirilib ki, danışıqlar çərçivəsində çərşənbə və cümə axşamı günləri müvafiq olaraq siyasi və təhlükəsizlik mövzuları üzrə ayrıca sessiyalar keçiriləcək.