“Zirə” braziliyalı futbolçu ilə müqavilə imzalamağı planlaşdırır

Baş səhifə

Bakı. Trend:

“Zirə” braziliyalı futbolçusu ilə danışıq aparmağı
planlaşdırır.

Məlumata görə, qəsəbə təmsilçisi Rafael Utziqi geri qaytarmağı
götür-qoy edir.

Braziliyalı hücumçu ötən yay Vyetnamın “Ho Şi Min Siti Polis”
klubuna icarəyə verilmişdi.




Onun müqavilə müddəti bir həftədən sonra bilətəcəyi üçün azad
agent statusuna malik olacaq. Amma “Zirə” 29 yaşlı futbolçunun
müqavilə müddətini 1 illik artırmaq istəyir.

Yaxın günlərdə bu geri dönüşün baş tutub-tutmayacağı
dəqiqləşəcək.

O, 2024-cü ilin əvvəlindən “Zirə”də oynayır.