Portuqaliya Özbəkistanı 5 cavabsız qolla məğlub etdi

Baş səhifə

Futbol üzrə dünya çempionatında Portuqaliya millisi Özbəkistan yığmasını böyük hesabla məğlub edib.

Metbuat.az xəbər verir ki, Hyustonda baş tutan K qrupunun II tur qarşılaşması Portuqaliyanın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda Kriştianu Ronaldu dubl edib. O, 6 və 39-cu dəqiqələrdə fərqlənib. Portuqaliyanın digər qollarını Nunu Mendeş, Rafael Leao vurub, Abduvohid Nematov isə avtoqol müəllifi olub.

Qrupun digər matçında Kolumbiya Konqo Demokratik Respublikası ilə üz-üzə gələcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.