
Bakı. Trend:
Neftçala Sənaye Məhəlləsində hazırda 6 rezident fəaliyyət göstərir.
Bu günədək Sənaye Məhəlləsi üzrə 63,05 milyon manat investisiya
portfeli formalaşdırılıb, 129 daimi iş yeri yaradılıb.
Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi
Zonaların İnkişafı Agentliyi (İZİA) məlumat yayıb.
Bildirilib ki, rezidentlər tərəfindən indiyədək 216,8 milyon
manat dəyərində məhsul satışı həyata keçirilib, istehsal olunan
məhsulların xarici bazarlara ixracı isə 2,2 milyon manat təşkil
edib.
“Neftçala Sənaye Məhəlləsi regionlarda sənayeləşmənin inkişafına,
qeyri-neft sektorunun genişlənməsinə və yeni iş yerlərinin
yaradılmasına töhfə verir”, – paylaşımda qeyd edilib.

