İsmayıllıda traktor qəzası ölümlə nəticələndi

Baş səhifə

Bakı.Trend:

İsmayıllıda traktor qəzası ölümə səbəb olub.

Trend-in
məlumatşna görə, hadisə Lahıc qəsəbəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Əfəndiyev
Əyyub İslam oğlu iş görərkən sepli traktorun altında qalıb.




İlkin məlumata görə, onun ayağı traktorun sepinə ilişib.

Nəticədə Ə.Əfəndiyev nəqliyyat vasitəsinin altında qalaraq ağır
xəsarətlər alıb və hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.