Peskov Əbu-Dabi danışıqlarını “konstruktiv iş” kimi səciyyələndirib

Baş səhifə
Peskov Əbu-Dabi danışıqlarını konstruktiv iş kimi səciyyələndirib

Dmitri Peskov

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Əbu-Dabidə aparılan üçtərəfli danışıqları “konstruktiv və mürəkkəb iş” kimi səciyyələndirib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında bildirib,

Qeyd edək ki, fevralın 4-də BƏƏ-nin paytaxtında Ukrayna, Rusiya və ABŞ-nin texniki qrupları arasında danışıqların növbəti raundunun birinci günü olub. Danışıqların birinci raundu da yanvarın 23-24-də Əbu-Dabidə baş tutmuşdu, fevralın 1-nə planlaşdırılan görüş isə fevralın 4-5-nə təxirə salınmışdı.

Xəbər yenilənir