
Bakı. Trend:
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Serbiyaya
106,4 milyon ABŞ dolları dəyərində 192,6 milyon kubmetr təbii qaz
(qaz şəklində) ixrac olunub.
Trend bu barədə
Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pul
ifadəsində bu göstərici 92,1 milyon ABŞ dolları və ya 7,4 dəfə
çoxdur, həcm baxımından isə 154,1 milyon kubmetr və ya 5 dəfə
çoxdur.
Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan
Serbiyaya təxminən 38,5 milyon kubmetr həcmində 14,3 milyon ABŞ
dollarına yaxın məbləğdə təbii qaz satıb.
Qeyd edək ki, ümumilikdə 2025-ci ilin yanvar-noyabr ayları
ərzində Azərbaycan 8,117 milyard ABŞ dolları dəyərində 22,804
milyard kubmetr təbii qaz ixrac edib. 2024-cü ilin eyni dövrü ilə
müqayisədə bu dəyər ifadəsində 513,3 milyon ABŞ dolları və ya 6,7
faiz çoxdur, həcm baxımından isə 718 milyon kubmetr və ya 3 faiz
artım qeydə alınıb.
Eyni zamanda, 2025-ci ilin ilk 11 ayı ərzində Azərbaycana
252,168 milyon kubmetr təbii qaz idxal olunub və bunun dəyəri
39,151 milyon ABŞ dolları olub. Bir il əvvəlki göstəricilərlə
müqayisədə, dəyər baxımından 42,8 milyon ABŞ dolları və ya 2,1 dəfə
artım, həcm baxımından isə 261,4 milyon kubmetr və ya 2 dəfə azalma
qeydə alınıb.


