Bakı. Trend:
Afrika Millətlər Kubokunda Misir və Nigeriya milliləri arasında
üçüncü yer uğrunda qarşılaşma başa çatıb.
Trend xəbər verir
ki, oyunun əsas və əlavə vaxtı qolsuz bərabərliklə yekunlaşıb –
0:0. Penaltilər seriyasında isə Nigeriya millisi 4:2 hesabı ilə
qalib gələrək turniri üçüncü pillədə tamamlayıb.
Qeyd edək ki, yarımfinal mərhələsində Nigeriya millisi Mərakeşə
penaltilər seriyasında uduzub (0:0, penaltilər seriyasında 2:4).
Misir yığması isə finala gedən yolda Seneqala 0:1 hesabı ilə məğlub
olub.
2025-ci il Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir. Turnirin
final oyunu sabah Mərakeş və Seneqal milliləri arasında baş
tutacaq.

