Rubio və Van İ ABŞ-Çin münasibətlərini müzakirə ediblər

Baş səhifə

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio və Çin xarici işlər naziri Van İ
arasında telefon danışığı olub.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri
Tommi Piqotun yazılı açıqlamasında bildirilib.




Məlumata əsasən, danışıq zamanı iki ölkə arasında konstruktiv
münasibətlərin inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

“Dövlət katibi Rubio Prezident Trampın qeyd etdiyi kimi, ədalət
və qarşılıqlılığa əsaslanan strateji sabitliyi təmin edən
konstruktiv münasibətlərin qurulmasının vacibliyini müzakirə edib”,
– deyə sənəddə qeyd olunub.