
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün
Milli Koordinatoru Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti
Cenevrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Parçalanmalar və
transformasiya dövründə multilateralizmin yenidən
formalaşdırılması” mövzusuna həsr olunmuş XXXV Yüksək Səviyyəli
Toplantısında iştirak edir.
Komitədən Trend-ə verilən məlumata görə toplantı yanvarın 16-da
öz işinə başlayıb.
Toplantıda #WUF13-ün Milli Koordinatoru Anar Quliyev
multilateralizmin heç bir ölkənin təkbaşına həll edə bilmədiyi –
iqlim dəyişikliyi, sürətli urbanizasiya, bərabərsizlik və dayanıqlı
inkişaf kimi qlobal çağırışların öhdəsindən gəlmək üçün ən effektiv
yanaşma olduğunu bildirib. O, bu kontekstdə #şəhər və yaşayış
məskənlərində qlobal həllərin praktik fəaliyyətə çevrildiyi əsas
məkanlar kimi həlledici rolunu xüsusi vurğulayıb.
O, qeyd edib ki, Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində
yerləşən #Azərbaycan #şəhərlər’i və infrastrukturu regionları və
cəmiyyətləri birləşdirən körpülər kimi dəyərləndirir. #Qarabağ və
#ŞərqiZəngəzur’da həyata keçirilən genişmiqyaslı bərpa və
inteqrasiya olunmuş #şəhərsalma layihələrindən danışan Anar Quliyev
bu layihələrin təkcə ərazilərin yenidən qurulması deyil, həm də
uzunmüddətli sülhə, sabitliyə və regional əməkdaşlığa töhfə vermək
məqsədi daşıdığını bildirib.
Sonda Komitə sədri həmkarlarını 17-22 may 2026-cı il
tarixlərində Bakıda keçiriləcək 13-cü Ümumdüna Şəhərsalma Forumunda
iştirak etməyə dəvət edib.


