
Bakı.Trend:
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin
İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə
xəbərdarlıq edir.
Trend xəbər
verir ki, bu barədə DDLA məlumat yayıb.
Bildirilib ki, yanvarın 13-ü axşamdan Xəzər Dəniz
Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi
yanvarın 15-i gündüz saatlarına kimi davam edəcək.
Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s,
arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 3.0-4.0 m, sonrakı inkişafda 4.5-6.5 m.
çatacağı proqnozlaşdırılır.


