
Bakı. Trend:
Türkiyənin İzmir şəhərində narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı iri-miqyaslı əməliyyat
keçirilib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
İzmirin Səlcuq rayon prokurorluğunun əlaqələndirilməsi ilə İzmir
şəhər Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin
əməkdaşları “torbaçı” adlandırılan, küçələrdə narkotik vasitələr
satan şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış
tədbirləri həyata keçirilib.
Reydlər əvvəlcədən müəyyən edilmiş ünvanlarda eyni vaxtda təşkil
olunub.
Əməliyyat nəticəsində 18 nəfər şübhəli şəxs qismində
saxlanılıb.


