
14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək.
Bu barədə “Report”a Azərbaycan Cüdo Federasiyasından bildirilib.
Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə 98 klub və idman cəmiyyətindən 423 cüdoçu (321 oğlan, 102 qız) ümumilikdə 18 çəki dərəcəsində mübarizə aparacaq.
Qeyd edək ki, birincilik 25-28 dekabrda təşkil olunacaq.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


