
Bakı. Trend:
Futbol üzrə Türkiyə Superliqasında XVII turun daha bir oyunu
keçirilib.
Trend-in
məlumatına görə, “Beşiktaş” doğma meydanında “Rizəspor”u qəbul
edib.
Görüş İstanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə başa
çatıb – 1:0.
Komandanın yeganə qoluna 64-cü dəqiqədə Milot Raşika imza
atıb.
Bu nəticədən sonra “Beşiktaş” turnir cədvəlində 29 xalla 5-ci,
“Rizespor” 18 xalla 11-ci pillədə qərarlaşıb.

