Bakı. Trend:
ABŞ Xəzinədarlıq Departamenti İran məhsullarının daşınmasında
iştirak etdiyi iddia olunan əlavə 29 gəmiyə sanksiya tətbiq
edib.
Trend-in
məlumatına görə, yanvar ayından etibarən Tramp administrasiyası
İranın neft və qaz ticarəti ilə əlaqəli olan 180-dən çox gəmini
sanksiyalar siyahısına daxil edib.
Bildirilib ki, yeni sanksiyalar həmin tankerləri idarə edən
gəmiçilik şirkətlərini də əhatə edir. Bu məhdudiyyətlər
çərçivəsində şirkətlərin ABŞ-da aktivlərə sahib olması, eləcə də
ABŞ müəssisələri və ya fiziki şəxsləri ilə hər hansı kommersiya
fəaliyyəti qadağan edilir.

