Xankəndidə şahmat turnirinə yekun vuruldu (FOTO)

Baş səhifə

Xankəndi. Trend:

Dekabrın 11-də Xankəndidə mərhum şahmatçı, Avropa çempionu Vüqar
Həşimovun xatirəsinə həsr olunan 11-ci Vüqar Həşimov Memorialının
bağlanışı olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən xəbərə görə,Vüqar
Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, eləcə də
Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə dekabrın 9-dan
baş tutan turnirdə 6 şahmatçı mübarizə aparıb.

Zəka sahiblərindən Yan Nepomnyaşi (FIDE), Amin Tabatabai (İran),
Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan),
Rauf Məmmədov və Aydın Süleymanlı qüvvələrini sınayıblar.




Nəticədə Yan Nepomnyaşi qalib olub.

Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə
keçirilib. 2023-cü ildən isə turnir FIDE dünya çempionatının seçmə
mərhələsi statusunu alıb.