Cəbrayıla Solar panellərin 20%-i gətirilib – Bəxtiyar Aslanbəyli

Baş səhifə

Bakı.Trend:

bp Azərbaycan daha 30 il Azərbaycanda fəaliyyətini davam
etdirmək niyyətindədir.

Trend xəbər
verir ki, bu fikirləri bu gün Xəzər regionu üzrə vitse-prezidenti
Bəxtiyar Aslanbəyli Bakıda keçirilən Fövqəladə Hallar Nazirliyi,
SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA)
birgə təşkilatçılığı ilə III Sənaye Təhlükəsizliyi Zirvəsində
çıxışı zamanı deyib.

O qeyd edib ki, Qarabağ yatağı ilə bağlı “bp Azərbaycan”-nın
yeni müqavilələri var.




“Günəş-Şəfəq elektrik stansiyasının inşaatıyla bağlı layihələr
yeni dövrün çağırışları ilə həyata keçirilir. Cəbrayılda Günəş
elektrik stansiyası Azərbaycanda bu vaxtadək fəaliyyət
göstərmədiyimiz yeni bir sahə ilə bağlıdır. O sahənin özünün də
təhlükəsizlik standartları var”.

Bəxtiyar Aslanbəyli bildirib ki, Cəbrayıl şəhərinə Solar
panellərin 20%-i gətirilib.

“Bu panellərin dəyəri 13 milyon dollardır. Qısa müddət ərzində
Cəbrayılda Günəş elektrik stansiyasının tikintisinə başlanılacaq”-,
deyə o əlavə edib.