
Dekabrın 3-5-də Bakının Qaradağ və Səbail rayonlarının bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
“Report” xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Məlumata görə, bu, magistral su kəmərində aparılacaq təmir-tikinti işləri ilə bağlıdır.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


