Millimizin Avropa çempionatının seçmə mərhələ oyunu üçün heyəti

Baş səhifə

Bakı. Trend:

Azərbaycan U-21 millisinin Avropa çempionatının seçmə mərhələsi
çərçivəsində Cəbəllütariq yığmasına qarşı keçiriləcək oyun üçün
heyəti müəyyənləşib.

Trend AFFA-nın
saytına istinadən xəbər verir ki, bu gün Bakıda toplaşacaq U-21
noyabrın 12-dən 17-dək İspaniyanın Malaqa şəhərində təlim-məşq
toplanışı keçəcək. Komandamız noybarın 18-də səfərdə Cəbəllütariq
millisi ilə qarşılaşacaq.




Yığmamızın heyəti isə aşağıdakı kimidir:

Rəvan Mirzəmmədov (“Sabah”), Rəvan Kazımov, Nahid Əliyev
(“Şəfa”), Səlim Həşimov, Sənan Muradlı, Emil Süleymanov, Oruc
Məmmədov, Edqar Adilxanov (hamısı “Şamaxı”), Emin Rüstəmov, Fəxri
Məmmədli (ikisi də “Səbail”), Elgün Dünyamalıyev (“Cəbrayıl”), Raul
Məmmədov, Elcan Əbilov, Sadiq Şəfiyev (hamısı “Kəpəz”), İbrahim
Ramazanov (“Turan Tovuz”), Səttar Tahirzadə (“Marcet”, İspaniya),
Eşqin Əhmədov, Nuğay Rəşidov, Şahin Şahniyarov (“Qəbələ”), Okan
Təhmazlı (“Zaqatala”), Murad Məmmədov, Ağadadaş Salyanskiy
(“Neftçi”), Nihad Əhmədzadə (“Sumqayıt”), Elmar Məmmədov (MOİK)