
Bakı. Trend:
Heydər Əliyev adına liseydə tarixi Zəfərimizin 5-ci ildönümünə
həsr olunmuş “Sən qalibsən, Azərbaycan!” adlı tədbir keçirilib.
Trend xəbər verir
ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib
və torpaqlarımızın azadlığı, Vətənimizin suverenliyi yolunda
canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan liseyin direktoru Sevinc Orucova 44
günlük qələbəmizin tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin
layiqli davamçısı Prezident İlham Əliyevin 30 illik işğaldan sonra
torpaqlarımızda apardığı islahatlardan və Böyük Qayıdışla bağlı
gördüyü işlərdən söz açıb.
Tədbirdə YAP Xətai rayon Təşkilatının məsləhətçisi Fidan
Əliyeva, Vətən müharibəsi iştirakçısı, qazi Vüsal Həsənov və
liseyin şəhid məzunu Cavid Manafovun anası Natəvan İbrahimova,
valideynlər və digər qonaqlar iştirak ediblər.
Sonra liseyin şagirdləri şeirlər söyləyib, musiqilər, rəqs
nümunələri göstəriblər. Tədbir iştirakçıları şagirdlərin ifasında
Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığından bəhs edən
kompozisiyaya tamaşa ediblər.


